DSMF Cəlilabad şöbəsində saxta arayışla təqaud alan var

5-01-2016, 21:52           
DSMF Cəlilabad şöbəsində saxta arayışla təqaud alan var
Son günlər ölkədə məmur özbaşınalığı və vəzifədən sui istifadə etmə halları demək olar ki, geniş şəkildə yayılıb. Bəli, bu gün problemlərdə kifayət qədərdir. Amma bu o demək deyil ki, dövlətin əmlakını şəxsi maraqlara qurban verəsən.

Lakin bəzi rəhbər şəxslər bunlardan maksimum yaralanmaq üçün əllərinə düşən fürsəti belə boşa vermək istəmirlər. Dosye.org –a məlumat verən mənbə vurğulayır ki, rayon DSMF şöbələrində hokum sürən özbaşınalıqlar nazirlik tərəfindən ya təkzib edilir, ya da don geyindirməklə işlərini bitmiş hesab edir.

İdealogiya.az saytında DSMF Cəlilabad şöbəsi ilə bağlı gedən tənqidi məqalə bir daha sübüt etdi ki, bu sahədə kifayət qədər boşluqlar var. Necə ki, DSMF Cəlilabad rayon şöbəsinin müdiri Cavid İbrahimovun işdə yol verdiyi korrupsiya əməllərinə dur deyən yoxdur. Əslində, Cavid İbrahimov bütün səlahiyyətlərini “makler” ləqəbi ilə tanınan Rərviz İsgəndərova verib.

Digər bir məlumatda isə bildirilir ki, Pərviz İsgəndərovun bir neçə kəndin yüzlərlə sakininin sosial təqaüdünü yeznəsindən ona miras qalmış Sabir adına kolxozun Sovetdən qalma möhürü ilə təsdiqlənmiş saxta arayışlarla əmək təqaüdünə necə çevirməsi, eyni zamanda yanmış broyler fabriki vasitəsi ilə həyata keçirdiyi qanunazidd əməllərlə dövlətə vurduğu milyonlarla ziyanları və digər qandonduran şok korrupsiya əməllərindən bəhs edir.

İllərlə dövlətə ziyan vuran məmurlar hansı səbəbdən cəzalandırılmır? Pərviz İsgəndərov saxta arayışla neçə-neçə vətəndaşa “köməklik” göstərib. Görünür, Cavid İbrahimovun kasseri çox aktiv fəaliyyət göstərir. Məhz onun 300 nəfər rayon sakininə verdiyi saxta arayış hesabına dövlətə nə qədər ziyan vurulduğu bir kimsəni belə maraqlandırmır. İnanırıq ki, hüquq mühafizə orqanları yuxarıda göstərdiyimiz faktlara əsasən araşdırmalara başlayacaq və dövlətə vurulmuş ziyan qanuni formada geri qaytarılacaq. Dosye.org saytında məqalə yayımlandıqdan sonra aidiyyəti orqanlara ünvanlanacaq. Araşdırmalarımız davam edir…
P.S. Əldə etdiyimiz bir məlumatı dəqiqləşdirmədən yayımlamadıq. Onuda biidirək ki, bu günlərdə tanınmış nazir haqqında həqiqətə uyğun olmayan məlumat elə Pərviz İsgəndərov tərəfindən yayıldığı bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.