Daha bir ölkə koronavirusa qalib gəldi

30-05-2020, 02:01           
Daha bir ölkə koronavirusa qalib gəldi
Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

Modern.az xəbər verir ki, Karib dənizində ada dövləti olan Arubada infeksiyaya yoluxmuş 101 nəfərdən 3-ü vəfat edib, 98 xəstə isə sağalaraq evə buraxılıb.

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Arubanı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca və Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Qrinland, Seyşel Adaları, Makao və Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası və Monteneqroda koronaviruslu xəstə qalmayıb.

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru