İsveçdə İsrailə qarşı etiraz aksiyası keçirib

Bu gün, 10:04           
İsveçdə İsrailə qarşı etiraz aksiyası keçirib
İsrailin Qəzzada məktəb və xəstəxanaları bombalaması İsveçin paytaxtı Stokholmda etirazla qarşılanıb.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, paytaxtın Odenplan rayonunda toplaşan yüzlərlə nümayişçi İsveç parlamentinə doğru yürüş edib.

Etirazçılar əllərində "Qəzzada uşaqlar öldürülür", "Məktəblər və xəstəxanalar bombalanır", "Soyqırımı dayandırın" və "Fələstin əbədi olaraq" yazılmış plakatlar qaldırıblar.

Nümayişdə iştirak edən yüzlərlə insan “İsrail, Fələstindən çıx”, “Netanyahu, Qəzzanı tərk et”, “Dərhal və qeyd-şərtsiz atəşkəs” kimi şüarlar səsləndirib.

Əllərində Fələstin bayraqları olan etirazçılar Qəzzada soyqırıma son qoyulmasını və son vaxtlar İsrailin hücumlarının artmasının qarşısının alınmasını tələb ediblər.

İsveçli fəal Lasse Eriksson Anadolu Agentliyinin (AA) müxbirinə bildirib ki, İsrailin Fələstinə qarşı soyqırımı dünyada analoqu olmayan bir hadisədir.

Fələstindəki böyük əzabları vurğulayan Eriksson: "İsveç araşdırma şirkəti ictimai rəy sorğusu keçirib. Sorğunun nəticələrinə görə, isveçlilərin 75 faizi İsrail hökumətinin Qəzzadakı hərəkətlərini bəyənmir. Buna baxmayaraq, İsveç parlamentində İsrailə ciddi şəkildə qarşı çıxan partiyamız yoxdur. Biz İsraili boykot etməliyik. Biz İsrailin Stokholmdakı səfirini qovmalıyıq. Küçələri doldurmalıyıq. Bu gün fələstinli uşaqlar öldürülürsə, sabah bizim uşaqlar, o biri gün isə İranın uşaqları olacaq. Ona görə də buradayam: bu soyqırıma qarşı dayanmaqdır”, - deyə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru