Nizami rayonunda uşaq parkı zülmət içində – Video

Bu gün, 09:01           
Nizami rayonunda uşaq parkı zülmət içində – Video
Nizami rayonu, Tofiq Abbasov 39 ünvanında yerləşən uşaq parkı zülmət içində qalıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən ünvanda yerləşən park uzun müddətdir abadlaşdırılsa da, parkda işıqlandırma yoxdur. Sakinlər bildiriblər ki, parkda axşam saatlarında gəzmək, oturmaq mümkün deyil. Çünki göz-gözü görmür.

Sakinlərin sözlərinə görə, park hava qaraldıqdan sonra uşaq parkı yox, qorxulu məkana çevrilir:

“Hava adətən qaranlıq düşəndən sonra sərinlənir. Çoxu axşam saatlarında parka düşüb istirahət etmək istəyir. Qaranlıqda da bu mümkün olmur. Günəş batan kimi park qaranlıqlaşır. Nə uşaqlar oynaya bilir, nə sakinlər dincələ”.

Sakinlər abadlaşdırılan parkın tezliklə işıqlandırılmasını tələb edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru