Moskvada alış-veriş mərkəzləri AÇILIR

30-05-2020, 02:35           
Moskvada alış-veriş mərkəzləri AÇILIR
Rusiyanın paytaxtı Moskvada olan bütün ticarət mərkəzlərinin yenilən fəaliyyətə başlaması ilə əlaqədar qərar verilib.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, ticarət mərkəzlərinin daxilində olan yeməkxanalar, idman zalları və uşaqlar üçün nəzərdə tutulan zonalar bağlı qalacaq.

Şəhər rəsmilərinin verdiyi məlumata görə, 300 min nəfərə yaxın insan işə qayıdacaq.

Xatırladaq ki, bundan öncə şəhər meri Sergey Sobyanin iyunun 1-dən Moskvada qeyri-ərzaq mağazaları, kimyəvi təmizləmə və ayaqqabı təmiri emalatxanalarının açılacağını elan etmişdi.

Müştərilər və işçilər sosial məsafəyə riayət etməli, həmçinin maskalar və əlcəklər taxmalıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru