Bütün dünyanı ayağa qaldıran adamın polislərə dedikləri ürəkləri sızlatdı...

30-05-2020, 11:37           
Bütün dünyanı ayağa qaldıran adamın polislərə dedikləri ürəkləri sızlatdı...
ABŞ-da polis tərəfindən həbs edilərkən irqçi qətlin qurbanı Corc Floydun yeni görüntüləri ortaya çıxıb.

Moderator.az xəbər verir ki, görüntülərdə Floyd polisə, "nəfəs ala bilmirəm, xahiş edirəm məni ayağa qaldırın" - deyərək yalvarır, amma polislər bu istəyi yerinə yetirmirlər. Bu dəfə C.Floyd qətlinin yeni görüntüləri ortaya çıxıb. Belə ki, Minnesota əyalətindəki Minneapolis İdarəsinin zabiti Derek Chauvin diziylə Floydun boynundan basaraq onu öldürüb. Çəkilişdən də məlum olur ki, çarəsiz adam üç polisin hüumuna məruz qalıb.

Dələduzluq ittihamıyla həbs edilən 46 yaşlı Corc Floydun qətlində şübhəli bilinən dörd polis əməkdaşı işdən azad edilib. Floydun boynundan basaraq onu boğub öldürən polis əməkdaşı Derek Chauvin isə həbs edilib.

Bildirilir ki, Floyd ABŞ-da son üç ildə polis tərəfindən öldürülən 690-cı qaradərili olub. Onun öldürülməsi ölkədə etiraza səbəb olub və Minneapolis şəhərində insanlar etiraz aksiyalarına başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru