Ağ Evin ətrafı boşaldıldı: 5 saat sonra

31-05-2020, 00:00           
Ağ Evin ətrafı boşaldıldı: 5 saat sonra
Ağ Evin qarşısında bu gün səhər başlayan kütləvi iğtişaşlar hələlik başa çatıb.

Cebhe.info xəbər verir ki, xüsusi xidmət orqanları aksiyaçılara müdaxilə edib.

Aksiya 5 saat davam edib. Aksiyaçlar prezidentin mühafizə xidməti ilə qarşıdurma yaradıb, onlara müxtəlif əşyalar atıb, metal baryerləri keçmək istəybər. Xüsusi Xidmətin bir əməkdaşı aksiyaçılara bibər qazı ilə müdaxilə edib.

Aksiyaçılar Minneapolisdə polis əməkdaşının qaradərili vətəndaşı boğaraq öldürməsinə etiraz üçün toplaşıblar. Onlar Prezident Donald Trampı hadisəyə biganə yanaşmaqda ittiham ediblər.

Eyni zamanda, ABŞ-ın onlarla şəhərində etiraz aksiyaları başlayıb. Los-Ancelos, San-Fransisko, Nyu-Yorkda aksyalar daha kütləvi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru