Çin 99 faiz effektli korona peyvəndi hazırladı

31-05-2020, 00:06           
Çin 99 faiz effektli korona peyvəndi hazırladı
Çində 99 faiz effektiv olacağı bildirilən koronavirus peyvəndi hazırlanıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mediası yayıb. Məlumata görə, “Sinovac” şirkətinin və çinli alimlərin birlikdə hazırladığı peyvəndin hazırda klinik sınaqların ikinci mərhələsində olduğu və 1000 nəfərdən çox könüllünün bu peyvəndin sınaqlarda iştirak edəcəyi bildirilir.

Sözügedən peyvəndin adının isə "CoronaVac" olduğu qeyd edilib. Meymunlar üzərində sınaqdan keçirilən peyvəndin onları koronavirusdan qoruduğu bildirilib.

Şirkət sözügedən peyvəndlə bağlı açıqlamasında meymunlar üzərindəki uğurlu sınaqdan sonra onun insanlar üzərində də sınanılmasının lazım olduğunu bildərərək, onun 3 mərhələdə aparılcağını qeyd edib:

"Bu peyvənd haqqında müzakirələr aparmaq hələlik tezdir. Bəzi Avropa ölkələri ilə təmasdayıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru