Uşağı diri-diri BASDIRDILAR - Qandonduran HADİSƏ / VİDEO

31-05-2020, 08:07           
Uşağı diri-diri BASDIRDILAR -
Hindistanın Sonaura qəsəbəsində diri-diri torpağa basdırılan uşaq möcüzə nəticəsində xilas edilib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uşağın ağlamaq səsini eşidən bir nəfər onu ölümdən qurtarıb. Belə ki, o, səs gələn tərəfə gedərək, torpağın içində kiçik ayaq görüb. Dərhal yeri qazmağa başlayıb.

Torpaq altından çıxarılan uşaq bir müddət hərəkətsiz qalıb. Sonra əlini və ayağını tərpədib. Qəsəbə camaatı uşağı xəstəxanaya aparıblar.

Hazırda uşağın müalicəsi davam etdirilir. Sağlamlığı yerindədir.

Onun kim tərəfindən basdırıldığı və kimə aid olduğu hələ müəyyən edilməyib.

Sonaura şəhərindən olan bir qadın uşağı övladlığa götürməyə hazırlaşır. Digər tərəfdən, polis hadisəni araşdırmağa başlayıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.