Gulnarə Rəhimovanın təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassızdır - Bakı polisi

1-06-2020, 13:11           
Gulnarə Rəhimovanın təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassızdır - Bakı polisi
“Gulnarə Rəhimovanın Nizami Rayon Polis İdarəsində təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassızdır, həqiqəti əks etdirmir”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsnin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə. G.Rəhimova polis idarəsinə barəsində olan şikayətlə əlaqədar dəvət olunaraq izahatı alınıb.

E.Hacıyev deyib ki, onun polisə orqanına hansı səbəbdən dəvət oluması ilə bağlı G.Rəhimova tam məlumatlıdır:

“Onun iddiaları araşdırmanın istiqamətini dəyişdirmək üçün ictimai diqqəti üzərinə yönəltmə cəhdləridir. Onun barəsində toplanan materiallar rayon prokurorluğuna göndərilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru