Rəsmən açıqlandı: İŞİD-ə qarşı əməliyyat başladı 2-06-2020, 10:56 İraqın Baş naziri Mustafa Kazıminin göstərişi əsasında Kərkükün cənub-qərbində İŞİD-ə qarşı əməliyyat başladılıb.Axar.az xəbər verir ki, bunu İraq Silahlı Qüvvələrinin sözçüsü Yəhya Rəsul deyib.O bildirib ki, “İraqın qəhrəmanları” adı altında aparılan əməliyyat 5 fərqli nöqtədən davam etdirilir:“Əməliyyatın məqsədi ölkədə sabitliyi və təhlükəsizliyi təmin etmək, eyni zamanda, bölgəni İŞİD-dən tamamilə təmizləməkdir”. Facebook-da paylaş