Rusiya Suriyada “Peresvet” adlı lazer silah sistemini sınaqdan keçirib

3-06-2020, 00:08           
Rusiya Suriyada “Peresvet” adlı lazer silah sistemini sınaqdan keçirib
Rusiya ordusu Suriyada “Peresvet” adlı lazer silah sistemini sınaqdan keçirib. Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “AviaPro” saytında məlumat verilib.

Məlumata görə, sınaqlar zamanı yeni silah sistemi PUA-lara qarşı istifadə olunub.

“Peresvet” infraqırmızı şüalardan istifadə edərək PUA-ları sıradan çıxara bilir. Silah sistemi 6x6 təkər formuluna malik “KamAZ 65225” yük maşınının şassisi üzərində qurulub.

Bildirilir ki, silah sistemi PUA-lardan başqa qanadlı raketləri, aşağı hündürlükdən uçan digər hava vasitələrini məhv etməyə qadirdir.

Sevinc Əliyeva
Ordu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru