Havamızı tək karantin təmizləməyib

3-06-2020, 01:13           
Havamızı tək karantin təmizləməyib
Bu avtobuslar sıxlaşdırılmış təbii qazla çalışdığı üçün onlar daha təmiz yanacaqdan istifadə etmiş hesab edilirlər və nəticə etibarilə hava çirklənməsi ilə mübarizədə mühüm rola malikdirlər.
Bakıda sıxlaşdırılmış qazla (CNG) işləyən avtobusların sayı açıqlanıb. Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” MMC tərəfindən paytaxtımızda 603 CNG avtobusu fəaliyyət göstərir: "Bakıda daha iki (11 və 30 nömrəli) müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları artıq yeni Avro 6 standartlarına cavab verən CNG avtobusları ilə həyata keçirilir. Sevindirici haldır ki, şəhərimizdə köhnə dizel avtobuslarından dayanıqlı alternativlərə keçməklə iqlim neytrallığına nail olmaq istiqamətində mühüm addımlar atılır. Bu avtobuslar sıxlaşdırılmış təbii qazla çalışdığı üçün onlar daha təmiz yanacaqdan istifadə etmiş hesab edilirlər və nəticə etibarilə hava çirklənməsi ilə mübarizədə mühüm rola malikdirlər. Eyni zamanda səssiz olmaları səs çirklənməsinə də öz mühüm töhfəsini verməkdədir".sputnik/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru