Kamran Əliyevdən təqdirəlayiq addım - kürəkənini işdən çıxartdı

3-06-2020, 17:34           
Kamran Əliyevdən təqdirəlayiq addım - kürəkənini işdən çıxartdı
Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəni ilə bağlı əmr imzalayıb.
"BakuPost"un əldə etdiyi məlumata görə, əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.

Orxan Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sayta məlumatı təsdiqləyib.

O bildirdi ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.

O.Nuriyevin yeni iş yeri barədə sorğuya cavabında isə E.Sultanov bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətində məlumatın olmadığını vurğuladı.

Qeyd edək ki, Orxan Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru