Alimlər natrium-ion batareyası hazırlayıblar

4-06-2020, 09:08           
Alimlər natrium-ion batareyası hazırlayıblar
Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi "ACS Energy Letters" jurnalında təsvir edilib.

Teref.Az ictnews.az-a istinadən bildirir ki, litium-ion akkumulyatorları hər yerdə (məsələn, mobil telefonlar, noutbuk və elektrik avtomobilləri) istifadə olunur. Ancaq bu batareyaların istehsalı üçün litium və kobalt kimi bahalı və nadir materiallar tələb olunur.

Elektrik avtomobillərinə və elektrik enerjisinin saxlanılmasına tələbat artdıqca bu materiallar daha da əlçatmaz olacaq - buna görə litium batareyaları indiki halında enerji daşıyıcılarına artan tələbatın təmin olunması üçün problemə çevriləcək.

Ucuz, əlçatan və sabit natriumdan hazırlanmış natrium-ion batareyaları litium-ion batareyalarını əvəz etmək üçün yaxşı namizəd ola bilərlər. Ancaq hələ ki sözügedən batareyaların tutumu litium-ion batareyaları ilə müqayisədə çox aşağıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru