Ekspertiza: Corc Floyd COVID-19-a yoluxubmuş

4-06-2020, 10:00           
Ekspertiza: Corc Floyd COVID-19-a yoluxubmuş
Minneapolis şəhərində polisin kobud davranışları nəticəsində ölən Corc Floyd COVID-19-a yoluxubmuş.

“The Guardian”ın məlumatına görə, bu, mərhum afroamerikalının qohumlarının israr etdiyi təkrar ekspertizanın nəticələrindən aydın olub.

Həkimlərin dediyinə görə, C.Floyd aprel ayında koronavirus infeksiyasına yoluxub. Lakin Minnesota ştatının Hennepin dairəsinin məhkəmə-tibb idarəsinin hesabatına görə, koronavirus C.Floydun ölümünə təsir göstərən amil olmayıb.

Qeyd edək ki, C.Floydun dəfni iyunun 9-da Hyustonda qapalı şəkildə keçiriləcək.

Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əskinaslarla ödəniş edilməsi şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür. Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru