Dərs ili sentyabrda başlamayacaq? – Nazirlikdən açıqlama

4-06-2020, 11:58           
Dərs ili sentyabrda başlamayacaq? – Nazirlikdən açıqlama
Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze bir neçə gün əvvəl bildirib ki, epidemioloji vəziyyətə görə ölkədə yeni tədris ilinin başlanılması təxirə salına bilər: “Sentyabrda Gürcüstan kimi digər ölkələr də COVID-19-la birgə yaşamalı olacaq. Biz uşaqları bu proseslərə hazırlamalıyıq ki, onlar təhsili fasiləsiz davam etdirə bilsinlər”.

Bəs Azərbaycanda da yeni tədris ili təxirə salına bilərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, Azərbaycanda tədrisin təxirə salınması gözlənilmir: “Söhbət qərardan getmir, bunu indidən necə proqnozlaşdıra bilərik ki? Sadəcə bizdə nəzərdə tutulub ki, bu ilin sentyabr ayında dərslər başlasın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru