Kölə tacirinin heykəlini qoparıb çaya atdılar - FOTO

8-06-2020, 09:17           
Kölə tacirinin heykəlini qoparıb çaya atdılar - FOTO
Böyük Britaniya, Belçika, İtaliya və İspaniyada minlərlə şəxs ABŞ-da polis zorakılığı nəticəsində həyatını itirən Corc Floydu anarkən, irqçiliyə etiraz edib.

NTV-nin məlumatına görə, İngiltərənin Bristol şəhərində irqçiliyə qarşı aksiyada kölə tacirinin heykəlini dağıdıblar.

XVII əsrdə kölə tacirliyi ilə məşğul olan Edvard Kolstonun heykəli aşırılaraq, çaya atılıb.

1895-ci ildə brüncdən hazırlanmış heykəlin götürülməsi üçün başladılan imza kampaniyasına 11 min nəfər dəstək verib.

“Qaradərililərin həyatı dəyərlidir” (“Black Lives Matter”) şüarı ilə keçirilən aksiyada C.Floydun öldürülməsi və irqçiliyə etiraz edilib.

Xatırladaq ki, mayın 25-də Corc Floyd saxta əskinaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda C.Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru