Metro istifadəçilərinə ŞAD XƏBƏR - VİDEO

9-06-2020, 03:51           
Metro istifadəçilərinə ŞAD XƏBƏR - VİDEO
Bakı metrosuna müasir standartlara cavab verən yeni qatarlar gətirilib.

Teref.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu qatarlarda sərnişinlərin rahatlığı üçün bütün şərait var.

Hər biri 5 vaqondan ibarət olan 4 qatarda sazlama, tənzimləmə və sınaq işləri həyata keçirildikdən sonra xəttə buraxılacaq.

"Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətinin sifarişi əsasında Rusiyada istehsal olunmuş, innovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus yeni vaqonların qapıları daha enlidir. Açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib.

Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq və əlil arabaları üçün sahələr də ayrılıb. Bundan başqa tutacaqlar sərnişin sıxlığına uyğunlaşdırılıb.

Kondisanerlə təchiz olunan qataların sayı 15-ə, vaqonların sayı isə 75-ə çatdırlıb. Gətirilən bu vaqonlar bir sıra xüsusiyyətləri ilə köhnələri üstələyir.

Vaqonlarda sərnişinlərin mobil cihazlarının enerji yığması üçün şərait də yaradılıb.

"Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, vaqonlarda ultura-bənövşəyi şüalarla işıqlandırma da quraşdırlıb. Bu isə vaqonların bakteriyalardan zərərsizləşdirilməsini təmin edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru