WhatsApp istifadəçiləri təhlükə altında - XƏBƏRDARLIQ
9-06-2020, 08:18
Məşhur mesajlaşma xidməti "WhatsApp" son zamanlarda müxtəlif yenilikləri ilə gündəmə gəlir. Athul Jayaram adlı şəxs sözügedən proqramda ciddi boşluq aşkarlayıb.
TED.az xəbər verir ki, WhatsApp telefon nömrəsini gizlətmə xüsusiyyətinə malik deyil.
Proqramdakı səhvləri tapmaqla müxtəlif mükafatlar qazanan Jayaram "Söhbət etmək üçün kliklə" seçiminin təhlükəli olduğunu bildirib.
O qeyd edib ki, telefon nömrəsinin bu şəxsə görə gizli olduğunu düşünən hər kəs Google-da öz nömrələrini tapa bilər.