Azərbaycanda daha bir füsunkar şəlalə tapıldı - VİDEO

9-06-2020, 14:32           
Azərbaycanda daha bir füsunkar şəlalə tapıldı - VİDEO
Azərbaycanda bu günə qədər məlum olmayan daha bir şəlalənin yeri aşkarlanıb.

Axar.az xəbər verir ki, şəlalənin yeri peyk vasitəsi ilə müəyyən edilib. Bu günə qədər isə belə bir şəlalənin mövcudluğundan heç kəsin xəbəri olmayıb.

Masallı rayonunun Köhnə Zuvand kəndindən 500 metr aralıda, qalın meşə sahəsinin içində aşkarlanmış şəlalə üç pilləlidir. Dağlardan axan bulaq suları hesabına formalaşmış şəlalə gursuludur. Axar su Motal çayına (yerli əhali Mətərə çayı adlandırır) tökülür.

Şəlalə Köhnə Zuvand kəndinin yaxınlığında yerləşsə də, yerli əhalinin onun varlığında bu günə qədər xəbəri olmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru