“Sən öz həyatına bax, gör kimsən?“- Fazil Mustafa Aynur Talıbovaya cavab verdi
11-06-2020, 00:07
Azərbaycanın keçmiş tanınmış televiziya aparıcısı Aynur Talıbova paylaşım edib.
Teref.az xəbər veir ki, sözügedən paylaşım millət vəkili Fazil Mustafa ilə bağlı olub. Paylaşımda təhqir ifadələri öz əksini tapıb.
Yazılanları dəqiqləşdirmək üçün millət vəkili Fazil Mustafa ilə əlaqə yaradılıb. Deputat yazılan fikirlərin ona məxsus olduğunu və şəxsi sosial profilindən özü yazdığını açıqlayıb:
“Bəli, həmin şərhi mən yazmışam. Həmin insana demək istəyirəm ki, sənin buna mənəvi haqqın buna yoxdur. Aynur Talıbova həmin məsələdə Azərbaycan polisinə əxlaq dərsi keçib. Azərbaycan dövlətinə Amerikadan nağıl öyrədir. Şəxsimizə qarşı da elə hərəkətlər edib, ona görə də cavabını veririk və deyirik ki, sən öz həyatına bax, gör kimsən”. /Sonxəbər.az