Elon Muskdan elektrikli yük avtomobili AÇIQLAMASI

11-06-2020, 00:12           
Elon Muskdan elektrikli yük avtomobili AÇIQLAMASI
Tesla şirkətinin sahibi Elon Musk yükdaşıma sahəsinin gələcəyi kimi təqdim etdiyi elektrikli yük avtomobili Tesla Semi haqqında maraqlı açıqlama verib.
TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, E.Musk artıq modelin kütləvi istehsalının vaxtının çatdığnı deyib.
Tesla Semi hələlik prototip halındadır. Yollarda aktiv şəkildə test edilir. Model əslində unudulmuş sayıla bilər. Çünkü Semi-nin istehsal və satışı barədə hansısa irəliləyiş yoxdur. Yük avtomobili ilk dəfə haqqında danışlanda hədsiz maraq oyandırmışdı. Hətta qısa müddətdə 500 ön sifariş toplamışdı.
Şirkətin sahibi son açıqlamasında bütün bu nigaranlığa son qoyub. Onun sözlərinə görə, nəqliyyat vasitəsi artıq tamamilə istehsala hazırdır. Ancaq bu, nəhəng elektrikli avtomobilin tezliklə yollarda görünəcəyi anlamına gəlmir. Modelin, böyük ehtimalla, yalnız 2021-ci ilin əvvəllərində sifarişçilərinə çatdırılmasına start veriləcək.
Semi modeli birdəfəyə 800 km yol qət edə bilir. Dörd müstəqil mühərrikə malik avtomobil yüksüz vəziyyətdə cəmi 5 saniyəyə 100 km/s sürət yığa bilir. Yüklü halda isə bu müddət 20 saniyə təşkil edir.
İki ildə düz 200 min dollar yanacaq qənaəti edə biləcəyi deyilən nəqliyyat vasitəsi avtopilot sisteminə də malikdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.