Azərbaycanın Türkiyədəki səfirliyində hansı nöqsanlar aşkarlanıb?

6-07-2020, 12:50           
Azərbaycanın Türkiyədəki səfirliyində hansı nöqsanlar aşkarlanıb?
Azərbaycanın Türkiyədəki səfirliyinin 2019-cu il üzrə fəaliyyətində nöqsanlar aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilib.

Belə ki, Azərbaycanın Ankaradakı səfirliyi büdcə üzrə dörd, əsaslı vəsait qoyuluşu üzrə iki nöqsana yol verib.

Səfirlik mühasibat uçotu və hesabatlılıq qaydalarını da pozub. Bununla bağlı səfirlikdə iki hal aşkar edilib.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının mayın 1-də keçirilən iclasında qurumun hesabatı qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru