Şuşan Stepanyanın yeni yalanı - FOTOFAKT

29-10-2020, 14:10           
Şuşan Stepanyanın yeni yalanı - FOTOFAKT
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan “Twitter” hesabında növbəti dəfə dezinformasiya yayaraq, erməniləri və dünya ictimaiyyətini aldatmağa çalışıb.

Lent.az məlumat verir ki, Ş.Stepanyan Fransanın “Le Monde” qəzetinin Ermənistanın Bərdə şəhərində törətdiyi hərbi cinayətlə bağlı yayımladığı xəbərdəki fotonun Bərdəyə aid olmadığını iddia edib. O qeyd edib ki, fotoşəkil Azərbaycan Ordusu tərəfindən guya Xankəndidə yerləşən doğum evinin vurulmasının görüntüsüdür.

Ermənilər isə Ş.Stepanyanın yalanına inanıb, posta “Le Monde”nin səhifəsini işarələyərək, nəşri yalan informasiya yaymaqda ittiham ediblər.

Ancaq "yalan maşını" Stepanyanın gözü o qədər tutulub ki, elə "Le Monde"un özündə fotonun müəllifi olaraq azərbaycanlı fotoqraf Əziz Kərimovun göstərilməsini "görməyib". Maraqlıdır, biri Ş.Stepanyana sual versə ki, Xankəndidə fotonu çəkən Əziz Kərimov kimdir, o nə cavab verəcək?
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru