Düşmənin Goranboyu raket atəşinə tutması dağıntılara səbəb oldu

30-10-2020, 00:11           
Düşmənin Goranboyu raket atəşinə tutması dağıntılara səbəb oldu
Bu gün saat 17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması dağıntılara səbəb olub.

Teref.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın mülki əhalisi yaşayan əraziləri hədəf alıb.

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə raket atılması nəticəsində ərazidəki ev və yardımçı tikililərə ciddi ziyan dəyib.

Qeyd edək ki, Tap Qaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru