RİA NOVOSTİNİN ƏSAS BAŞLIĞI: "Ermənistanın Dağlıq Qarabağda itkiləri çox böyükdür" - ABŞ rəsmisi
30-10-2020, 02:27
“Ermənistanın Dağlıq Qarabağda itkiləri çox böyükdür”.
KONKRET.az Ria Novosti-yə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn bildirib ki, bölgədə hərbi əməliyyatlar dərhal dayandırılmalı, humanitar atəşkəsə riayət edilməli və sülh danışıqlarına başlanmalıdır. ABŞ rəsmisi hesab edir ki, digər dövlətlərin münaqişəyə müdaxiləsi yolverilməzdir. Sülh danışıqları ATƏT-in Minsk Qrupunun himayəsi altında keçirilməlidir. O xüsusi olaraq vurğulayıb ki, münaqişədə hər iki tərəf itki verir. Ermənistanın itkisi isə daha çoxdur.