Türkiyədə gürcü “qanuni oğru” saxlanıldı ­- Lotu Quli izi...

3-11-2020, 11:20           
Türkiyədə gürcü “qanuni oğru” saxlanıldı ­- Lotu Quli izi...
İstanbul polisi Rusiyanın Buryatiya bölgəsinə “nəzarət edən” gürcü “qanuni oğru” Quram Çixladzeni (Kvejoyeviç) nəzarətə götürüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “News Turk” agentliyi yayıb.

Mənbə yazır ki, Kvejoyeviç ilə birlikdə daha iki nəfər saxlanılıb.

Cinayətkarın qaldığı otel otağında üç tapança, xeyli patron və rasiya tapılıb. Çıxladze azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) həyatına qəsd edilməsi iddiası ilə Türk polisi tərəfindən həbs edilmişdi.

Sonradan o, polislə razılaşdıqdan sonra ölkədən qovulub, lakin yenidən geri dönüb. Quramın hüquq-mühafizə orqanları ilə iş birliyi olduğu üçün cinayət aləmində onun “tacdan kənarlaşdırılması” barədə şayiələr yayılmışdı.

Rusiyada Çixladze cinayət ierarxiyasında ən yüksəkdə duran şəxsdir. O, 2006-cı ildən Buryatiyaya “nəzarət edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru