On tonluq göy cismi belə partlayır - VİDEO

25-12-2020, 00:30           
On tonluq göy cismi belə partlayır - VİDEO
Çinin Seysmoloji Mərkəzi ötən gün yerli vaxtla saat 07:25-də (Moskva vaxtı ilə 02:25-də) Tsinxay əyalətində meteoritə bənzər bir cismin düşdüyünü qeydə alıb.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Kenxi Universitetinin professoru Yevgeni Zubko bildirib ki, kosmik cismin radiusu 1 metrə qədər və kütləsi təxminən 10 tona qədər ola bilər.

Onun sözlərinə görə, belə ölçülərə malik meteoritlərə milyarddan bir rast gəlinir.

Hadisə bir çox şahid tərəfindən lentə alınıb. Məlumatlara görə, düşmə şaquli deyil, üfüqi olub. Parıltı təxminən 30 saniyə davam edib. Yevgeni Zubkonun fikrincə, obyektin yerlə toqquşduğu yerdə ciddi əlamətlər olmalıdır. Çinli mütəxəssislər düşmüş cismi və ya onun böyük qırıqlarını tapacaqlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru