Qarabağ xanının qızı haqqında məlumat Rusiyanın məşhur portalında yayımlandı

14-01-2021, 00:07           
Qarabağ xanının qızı haqqında məlumat Rusiyanın məşhur portalında yayımlandı
Daim yenilənən portal mütəmadi olaraq öz səhifələrində Xaruki Murakami, Xorxe Luis Borxes, Anna Axmatova kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

Rusiyanın populyar "author.today" ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi, Qarabağ xanlığının hökmdarı İbrahimxəlil xanın qızı, Fətəli şahın xanımı Ağabəyim Ağanın həyatı və yaradıcılığı haqqında geniş məlumata yer ayırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Dövlət Tərcümə Mərkəzi yayıb.

Qeyd edək ki, daim yenilənən portal mütəmadi olaraq öz səhifələrində Xaruki Murakami, Xorxe Luis Borxes, Anna Axmatova kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru