Ticarət obyektləri açıldı

25-01-2021, 00:13           
Ticarət obyektləri açıldı
Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində ticarət obyektlərinin fəaliyyətinə tətbiq edilən qadağa aradan qaldırılıb.

Axar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, ticarət obyektlərinin fəaliyyəti 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

Həmçinin qərara əsasən, ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyətinə tətbiq edilən qadağa davam edir.

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru