“Apple” şirkəti elektrik avtomobilinin istehsalı ilə əlaqədar danışıqları dayandırıb

8-02-2021, 21:56           
“Apple” şirkəti elektrik avtomobilinin istehsalı ilə əlaqədar danışıqları dayandırıb
“Apple” şirkəti elektrik avtomobilinin birgə istehsalı ilə əlaqədar Cənubi Koreyanın “Hyundai Motor Company” və “Kia Motor” avtomobil istehsalçılarıyla danışıqları dayandırıb. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” agentliyi məlumat verib.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, agentlik əlavə məlumat verməyib. Eyni zamanda gələcəkdə bu müzakirələrin yenidən davam etdirilməsinin mümkünlüyü açıqlanmayıb. “Bloomberg”in mənbələrinin məlumatına görə, “Apple” digər avtomobil istehsalçıları ilə də müvafiq danışıqlar aparıb.

Bundan əvvəl “CNBC” televiziya şirkəti “Apple” brendinə məxsus elektrik avtomobillərinin hazırlanması haqqında xəbər vermişdi. Məlumata görə, korporasiya proqram təminatının hazırlanması və avadanlıqlar üçün məsuliyyət daşıyacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru