İŞİD kamikadzelərinin başçısı ələ keçirildi

12-02-2021, 08:56           
İŞİD kamikadzelərinin başçısı ələ keçirildi
İraq təhlükəsizlik qüvvələri ötən gün Mosul şəhərində İŞİD terror təşkilatının yüksəkvəzifəli üzvünü ələ keçirə bilib.

Publika.az xarici kivə istinadla xəbər verir ki, Neynəva əyalətinin polisinin məlumatına görə, sözügedən terrorçu Əbu Duccanə Nəhrəvan rayonunda tutulub.

O, 2014-2017-ci illərdə Mosulda İŞİD kamikadzelərinə başçılıq edib.

Bundan başqa, Kərkük polisinin mətbuat katibi Əmir Nuri bildirib ki, Leylan şəhərində də həmin gün İŞİD-in iki komandiri həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru