Xəbərdarlıq: Yerdə istilik 1.5 dərəcə artacaq

28-02-2021, 11:45           
Xəbərdarlıq: Yerdə istilik 1.5 dərəcə artacaq
Bir neçə ölkədən və BMT-dən olan alimlər belə qənaətə gəliblər ki, karbon qazı tullantılarının azalmasının indiki templəri ilə Yer kürəsində temperatur 1,5 dərəcədən çox artacaq. Tədqiqatçılar bu vəziyyəti “qırmızı xəbərdarlıq” adlandırırlar.

Axar.az xəbər verir ki, alimlərin beynəlxalq komandasının fikrincə, ölkələr karbon tullantılarının miqdarının azaldılması üzrə sərt siyasət yürütməyə başlamazlarsa, planet 1,5 dərəcədən çox isinəcək. Onların məlumatlarına görə, hökumətlər 2030-cu ilə qədər tullantıları iki dəfə azaltmalıdır ki, Yer “təhlükəsiz” 1,5 dərəcə kandarında qalsın.

Lakin onların fikrincə, BMT-yə təqdim olunan milli strategiyalara əsasən, emissiyalar yalnız 2030-cu ilə qədər sabitləşəcəkdir. BMT Baş katibi Antonio Quterreş bu vəziyyəti Yerin gələcəyi üçün “qırmızı həyəcan” adlandırıb.

“Məlumatlar göstərir ki, hökumətlərdən heç biri iqlim dəyişikliyini tələb olunan 1,5 dərəcəyə qədər məhdudlaşdıraraq Paris Sazişində nəzərdə tutulan səviyyəyə yaxınlaşmayıb”, - deyə o qeyd edib.

Alimlər hesab edir ki, emissiyalar iki dəfə azaldılmalıdır, lakin hazırkı vəziyyətdə bu kifayət deyil. Tədqiqatçıların qeyd etdiyi kimi, bəzi ölkələr hətta iqlim planını da təqdim etməyiblər. Digərləri isə, məsələn, Avstraliya, əvvəlki islahatlarla müqayisədə irəliləyişlər təklif etmədiklərini düşünürlər.

Bununla yanaşı, Meksika və Braziliya emissiyaların sayını praktiki olaraq azaltmadıqları üçün tənqid olunurlar. Eyni zamanda, Avropa İttifaqı ölkələri emissiyaları 40 faizdən 55 faizə qədər azaldaraq daha böyük sıçrayışa nail olublar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.