Süveyş kanalını bağlayan gəmidən yüklərin boşaldılacağı vaxt açıqlanıb

29-03-2021, 06:31           
Süveyş kanalını bağlayan gəmidən yüklərin boşaldılacağı vaxt açıqlanıb
Süveyş kanalında torpağa oturan “Ever Given” konteyner gəmisindəki yüklərin boşaldılmasına çərşənbə axşamı (martın 30-da) başlamaq mümkün olacaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Misir prezidenti Əbdül Fəttah əs-Sisinin dəniz limanları üzrə müşaviri Mohab Məmiş bildirib.

“Konteyner gəmisinin boşaldılmasına birisi gün, yəni çərşənbə axşamı günü, gəminin yedəklər vasitəsilə çəkilməsi üçün bütün imkanlar tükəndikdən sonra başlanılacaq”, - M.Məmiş “Sky News Arabia”ya verdiyi müsahibəsində belə deyib.

O qeyd edib ki, konteynerləri üzərində daşımaq üçün üzə bilən avadanlıqlar lazım olacaq.

Məlumatlara görə, kanalın ortasındakı Böyük Acı gölündə azı 44 gəmi, kanalın girişində isə 300-dən çox gəmi keçid üçün növbə gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru