Hollivud ulduzunun evini qarət edən 4 nəfər həbs edildi
Bu gün, 11:08
Los-Anceles polisi ulduz aktyor Bred Pittin evini qarət edən 4 nəfəri həbs edib. Bu barədə ABC News məlumat yayıb.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları cinayətkarların Cənubi Kaliforniya boyu başqa oğurluqlarda da əli olmasından şübhələnirlər. Soyğunçular varlı məhəllələri hədəfə alıblar. Həbsin təfərrüatları açıqlanmayıb. İş bölgə məhkəməsinə veriləcək.
Xatırladaq ki, iyunun 27-də Bred Pittin Kaliforniyadakı evinin qarət edilməsi barədə məlumat yayılmışdı. Naməlum şəxslər aktyorun evinə pəncərədən daxil olaraq müxtəlif qiymətli əşyaları götürüblər. Polis oğurluqda 3 nəfərin əli olmasından şübhələnirdi.