Baş Prokurorluqdan Sevinc Sadıqovanın açıqlamasına reaksiya

30-03-2021, 19:09           
Baş Prokurorluqdan  Sevinc Sadıqovanın açıqlamasına reaksiya
Baş Prokurorluq həbsdə olan Əfqan Sadıqovun həyat yoldaşının səsləndirdiyi ittihamlara münasibət bildirib.

Bu barədə martın 30-da qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova və özünü müxalifət adlandıran bəzi məsuliyyətsiz qruplaşmalar tərəfindən ictimaiyyətdə yanlış fikir formalaşdırılır, bu növ bəyanatların yayılması ilə Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanlarına qarşı böhtan və qarayaxma kampaniyası aparılır.

"Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha həqiqətəuyğun olmayan informasiyaları yaymaqla ictimai çaşqınlığa səbəb olan kütləvi informasiya vasitələrini bu sahədə milli qanunvericiliyin tələblərinə riayət etməyə, dəqiqləşdirilməmiş qərəzli, mənbəyi məlum olmayan, konkret hadisələrin mahiyyətini təhrif edən informasiyaların yayımlanmasına yol verməməyə çağırır", - mətbuat xidmətindən bildirilib.

Prokurorluğun məlumatında həmçinin qeyd olunub ki, bu tipli yalan və qərəzli məlumatları yayan, sosial şəbəkə və kütləvi informasiya vasitələrinə ötürən şəxslərə, o cümlədən vətəndaş Sevinc Sadıqovaya həmin qanunsuz əməllərin davam etdiriləcəyi təqdirdə barələrində hüquqi təsir tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edib.

Əfqan Sadıqov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli hökmü ilə 7 il azadlıqdan məhrum edilib.

Sumqayıt Apelyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə Əfqan Sadıqovun cəzası 7 ildən 6 ilə endirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru