Bayden ABŞ-ın ordu naziri vəzifəsinə Kristin Uormutun namizədliyini irəli sürəcək

13-04-2021, 07:43           
Bayden ABŞ-ın ordu naziri vəzifəsinə Kristin Uormutun namizədliyini irəli sürəcək
ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların ordu naziri (quru qoşunları) vəzifəsinə Kristina Uormutun namizədliyini irəli sürmək niyyətini elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, Uormut keçmiş prezident Barak Obama administrasiyası zamanı müdafiə nazirinin siyasi məsələlər üzrə müavini postunu tuturdu. O, həmçinin Ağ Evin Milli Təhlükəsizlik Şurasında işləyib. Kristina Uormut əvvəllər eləcə də Vaşinqtonun Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində ekspert olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru