Finlandiya sakinləri naməlum narkotikdən kütləvi şəkildə ölürlər

3-05-2021, 06:18           
Finlandiya sakinləri naməlum narkotikdən kütləvi şəkildə ölürlər
Finlandiyada naməlum narkotik maddədən azı 10 ölüm hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə “Yle” nəşri bildirib.

Məlumata görə, beş ölüm faktı Turku şəhərində qeydə alınıb.

"Belə qısa müddətdə bir neçə gənc insanın ölümü xüsusi təhlükəli narkotik maddənin indi Turkuda cavanlar arasında yayılmasından şübhələnməyə əsas verir", - polisin nümayəndəsi Yari Riali bildirib.

Bundan başqa, daha beş ölüm hadisəsi Helsinki şəhərində qeydə alınıb. Ölüm hadisələrinin hansı narkotik maddə ilə əlaqədar olması hələ müəyyənləşdirilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru