DİN “Azersun Holdinq”in təsisçisini MƏHKƏMƏYƏ VERDİ

29-05-2021, 16:27           
DİN “Azersun Holdinq”in təsisçisini MƏHKƏMƏYƏ VERDİ
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsi “DİA Holdinq FZCO” şirkətinin Azərbaycan filialını məhkəməyə verib.

HİT.Az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. Artıq iyunun 9-da hazırlıq iclası təyin edilib. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə heç bir bilgi yoxdur. Ehtimal olunur ki, şirkət öhdəliklərini yerinə yetirmədiyinə görə məhkəməyə verilib.

“DİA Holdinq FZCO» şirkəti Dubayda ofşor zonada yaradılıb. Şirkətin Bakı, Dubay və İstanbulda ofisləri fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, Holdinqin Azərbaycandakı filialı 5 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Burhan Keles olsa da, təsisçisi Həsən Məhəmməd Gözəldir.

İnternet resurslarından əldə etdiyimiz məlumata görə, Həsən Gözəl “Azərsun Holdinq”in rəhbəri Abdulbari Gözəlin qardaşı oğludur. Həsən Gözəl, eyni zamanda, “İntersun Holdinq” şirkətinin sahibidir. Bu şirkət isə “Azersun Holdinq”in təsisçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru