Gürcüstan müxalifəti boykotu dayandırdı - Türk əsilli deputatların sayı 3-ə çatdı

31-05-2021, 00:05           
Gürcüstan müxalifəti boykotu dayandırdı -
Gürcüstanın ana müxalifət partiyası boykotu dayandıraraq parlamentinin işində iştirak edəcək.

Modern.az xəbər verir ki, müvafiq qərar Vahid Milli Hərəkat Partiyasının (VMHP) Siyasi Şurasının bu gün keçirilən iclasında qəbul edilib.
Partiya sədri Nika Melia bildirib ki, VMHP parlamentə daxil olsa da, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təqdim etdiyi sənədi imzalamaqdan imtina edir.

Qeyd edək ki, VMHP-nin parlamentə daxil olmaq barədə bugünkü qərarından sonra qanunverici orqanda təmsil olunacaq Azərbaycan türkü deputatların sayı 3-ə çatıb.
Belə ki, VMHP-nin təmsil olunduğu “Güc birlikdədir” birliyinin proporsional siyahısı üzrə mandat əldə edən Abdulla İsmayılov artıq parlamentdə təmsil olunacaq.
Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada seçilən Zaur Darğallı və proporsional siyahı üzrə mandat qazanan Savalan Mirzəyev də Gürcüstan parlamentinin türk əsilli deputatlarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru