Xəbərdarlıq: Göndərilən linkləri açmayın!

31-05-2021, 08:11           
Xəbərdarlıq: Göndərilən linkləri açmayın!
Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur.

Teref.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə texnobloger, "Tavuş Bot"un yaradıcısı Fərid Pərdəşünas paylaşım edib.

"Bu, hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin linkləri və kodları sosial mediada, yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin, ya da görməzdən gəlin", - deyə mütəxəssis xəbərdarlıq edib.

Qeyd edək ki, oxşar kampaniya hazırda Vatsap mesajlaşma tərbiqində sürətlə yayılır.

Sosial media istifadəçilərinə göndərilən linkləri açmamağı və ya paylaşmamağı məsləhət görürük.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru