"Sabah meydana gedəcəm, bu rüsvayçı konsertə mane olacam"

1-06-2021, 06:12           
"Sabah meydana gedəcəm, bu rüsvayçı konsertə mane olacam"
“Sabah meydana gedəcəm və bu biabırçı konsertin baş tutmaması üçün əlimdən gələni edəcəyəm”.

KONKRET.az erməni portallarına istinadən xəbər verir ki, bu sözləri Qarabağda öldürülmüş İşxan Petrosyanın qızı Marqarita Petrosyan bildirib.

Qeyd edək ki, bu gün İrəvanda müharibədə həlak olan əsgərlərin ailələri üçün konsert nəzərdə tutulub. Tədbirin Beynəlxalq Uşaq Günü münasibətilə Respublika Meydanında keçiriləcəyi planlaşdırılır. Marqarita Petrosyan vətəndaşları konsertə qoşulmamağa və tədbiri ləğv etməyə çağırıb:

“Sabah meydana gedəcəm, bu rüsvayçı konsertin baş tutmaması üçün əlimdən gələni edəcəyəm. Kimsə mənə “Bəs uşaqların günahı nədir?”, – deyə soruşarsa, ona “Oğlanlarımızın günahı nə idi?” cavabımı verəcəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru