Müxalifət mandatdan imtina edərsə... – Ermənistan MSK

21-06-2021, 13:09           
Müxalifət mandatdan imtina edərsə... –
Mandatlar bir həftədən, səslərin yekun sayılmasından sonra bölüşdürüləcək.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan deyib.

“Müxalifətin mandatdan imtinası halında nə baş verə bilər” sualına cavabında Mukuçyan deyib ki, qanunvericiliyə görə belə mexanizm yoxdur:

“İndiki mərhələdə mandatdan imtina institutu yoxdur. Namizəd öz mandatından özü, şəxsi olaraq imtina edə bilər”.

Onun sözlərinə görə, müxalifət üzvləri mandatdan imtina edərsə, parlamentdə heç kəsdən asılı olmayan qüvvə qalacaq.

Başqa sözlə, müxalifətin mandandan imtinası halında yeni seçki keçirilməsi zərurətinin ortaya çıxmayacağına işarə edilib.

Qeyd edək ki, ötən gün keçirilən parlament seçkilərində Nikol Paşinyanın partiyası 53,92 faiz səs alıb, onun əsas rəqibi Rober Köçəryanın "Ermənistan" bloku isə 21,04 faiz səslə kifayətlənməli olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.