Yaponiyanın ən böyük aeroportunda özüyeriyən oturacaqlar sərnişinlərə xidmət edəcək

23-06-2021, 07:39           
Yaponiyanın ən böyük aeroportunda özüyeriyən oturacaqlar sərnişinlərə xidmət edəcək
Yaponiyanın ən böyük hava limanı olan Hanedada iyul ayından etibarən özüyeriyən oturacaqlar istifadə olunmağa başlayacaq.

Bu barədə “Kyodo” agentliyi xəbər yayıb.

Özüyeriyən oturacaq sürücüsünü idarəetmə panelində göstərilən lazım olan yerə apara bilər. O, maneələrin qarşısını almağa imkan verən sensorlarla təchiz edilib. Saatda 2,2 km sürətlə hərəkət edən oturacaq insanı ehtiyac duyduğu yerə aparandan sonra avtomatik olaraq öz park yerinə qayıdır.

Bu cür cihazların istifadəsi ilə bağlı təcrübə keçən iyul ayından aparılır və müsbət nəticələr verir. Birinci mərhələdə hava limanının iki terminalında 24 özüyeriyən oturacağın yerləşdirilməsi, lakin daha sonra onların sayının artırılması planlaşdırılır.

Haneda Hava Limanı Tokionun mərkəzindədir, beynəlxalq və çoxsaylı daxili uçuşları qəbul edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru