“Hörümçək-adam” Papa Fransisklə görüşdü - FOTO/VİDEO

25-06-2021, 08:37           
“Hörümçək-adam” Papa Fransisklə görüşdü - FOTO/VİDEO
“Hörümçək-adam” Vatikanda Roma Papası I Fransiskin qəbulunda olub.

Bu barədə “Reuters” xəbər verir.

Məlumata görə, super qəhrəman kostyumunda olan 27 yaşlı italyan Mattia Villardita xeyriyyə işləri ilə, xüsusən də personajının geyimində uşaq xəstəxanalarını ziyarəti ilə məşhurdur.

Papa Fransisk “Hörümçək-adam”a ziyarətinə görə təşəkkürünü bildirib və onu mərasimdə iştirak edən uşaqlarla da ünsiyyətə dəvət edib.

Villardita da öz növbəsində pontifikə minnətdarlığını bildirib və ona personajının maskasını hədiyyə edib.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru