3-cü dozaya hazırlıq: Antitellər pulsuz yoxlanılacaq?

26-06-2021, 11:57           
3-cü dozaya hazırlıq:
Bakı şəhərindəki tibb müəssisələrində COVID-19 əleyhinə peyvəndin hər iki dozasını qəbul etmiş şəxslərin pulsuz İmmunoqlobulin G (anticismi isə xəstəliyin daha çox 14-cü günündən sonra qanda pozitivləşməyə başlayır və biz bunu qoruyucu anticism) analizindən keçiriləcəyilə bağlı məlumatlar yayılıb. Məlumata görə bu, peyvəndin 3-cü dozasının vurulması ilə bağlı araşdırma və müzakirələrdən sonra reallaşacaq. Belə ki, hər iki dozanı qəbul etmiş şəxslərin qanında COVID-19 əleyhinə antitel yaranmazsa, həmin şəxslərə peyvəndin 3-cü dozası vurulacaq.
Anaxeber.info xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, həkim-infeksionist Nəzrin Mustafayeva Modern.az-a açıqlamasında hazırda vaksinin 3-cü dozasının tətbiqi ilə bağlı bir neçə ölkədə araşdırma aparılır:
"Bu çalışmaların nəticəsinin 3-cü rübün sonlarında açıqlanması gözlənilir. Nəticədən asılı olaraq da qərar qəbul ediləcək".
İnfeksionist hazırda məsələ ilə bağlı təsdiqlənmiş qərarın olmadığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru