İsrail Floridada binanın çökməsi ilə əlaqədar hərbçilərini ABŞ-a göndərir

27-06-2021, 11:02           
İsrail Floridada binanın çökməsi ilə əlaqədar hərbçilərini ABŞ-a göndərir
ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsindən sonra axtarış və xilasetmə missiyasında iştirak etmək üçün İsrial ABŞ-a heyət göndəriləcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Heyət İsrialin Müdafiə Ordusunun təxminən 10 ehtiyat hərbçisindən ibarətdir, onların hamısı mühəndislik və sosial yardım sahəsində aparıcı mütəxəssislərdir".

Qeyd edilir ki, İsrail nümayəndələri Mayami dairəsinin və Florida ştatının qəza-xilasetmə xidmətləri ilə əməkdaşlıq çərçivəsində işləyəcəklər.

Qeyd edək ki, iyunun 24-ü ABŞ-ın Mayami-Deyd dairəsində yaşayış binası çöküb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 156 nəfər isə itkin düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru