Hindistan ştammı sürətlə yayılır: Daha bir ölkədə vəziyyət gərginləşir

27-06-2021, 12:08           
Hindistan ştammı sürətlə yayılır:
İtaliyada COVID-19-un Hindistanda mutasiya keçirmiş delta növünə yoluxanların sayı sürətlə artır.

Teref.az xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi ölkədə İngiltərədə mutasiya keçirmiş Alfa növünün və Delta növünün sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Əgər may ayında 4,2 faiz insan delta növünə yoluxmuşdusa, hazırda bu rəqəm 16,8 faizə yüksəlib. Təkcə ötən sutka ərzində İtaliyada 753 nəfər virusa yoluxub, 56 nəfər dünyasını dəyişib. Pandemiya dövrü başlayandan bəri isə ölkədə 4 milyon 256 min 451 nəfər virusa yoluxub, 127 min 418 nəfər ölüb. Hazırda 60 min 235 nəfər aktiv xəstə müalicə alır.

Mütəxəssislər vaksinasiyanın delta növünə qarşı da effektli olduğunu açıqlayıblar. Ölkədə 48 milyon 521 min 442 nəfər peyvənd olunub. /Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru