Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlandı

27-06-2021, 12:29           
Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlandı
Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, seçkilərin nəticələrini Ermənistan Mərkəzi Seçki Komissiyası yayıb.

Məlumata əsasən, baş nazir vəfizəsini icra edən Nikol Paşinyanın "Mülki Müqaviləsi" partıyası qalib gəlib (53.91 faiz səs), ikinci yeri keçmiş prezident Robert Koçaryanın "Ermənistan" bloku (21.9 faiz səs) tutub.

Seçki Komissiyasının nümayəndəsi Tiqran Mukuçyan bildirib ki, yekun nəticələrə görə, "Mülki Müqavilə" partıyasıba 687 761 (53.91 faiz), "Ermənistan" blokuna isə 269 481 (21,9 faiz) seçici səsə verib

N.Paşinyanın partiyası və R.Koçaryanın blokundan əlavə, Ermənistanln üçüncü prezidenti Serj Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın "Şərəfim var" bloku da 5.22 faiz səs qazanaraq parlamentə daxil oldu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru